2 sentyabr 2024 at 14:43
Jurnalist kodu: 5564
Xəbər kodu: 85585829
T T
0 Persons
Əraqçi: İsrail rejimi bölgədəki gərginliyi təhlükəli böhran həddinə çatdırmağa çalışır

Tehran - İRNA - İran İslam Respublikasının xarici işlər naziri sionist rejimin artan cinayətlərinin nəticələri barədə xəbərdarlıq edib.

Ölkəmizin xarici işlər naziri Seyid Abbas Əraqçi kiberməkanda şəxsi səhifəsində yazıb: Qəzzada cinayətlərin davam etməsi və İordan çayının qərb sahilinə ölüm maşınlarının göndərilməsi ilə İsrail rejimi bölgədəki gərginlik səviyyəsini təhlükəli böhran həddinə çatdırmağa çalışır.

O, vurğulayıb: Təl-Əvivin qərbli tərəfdarları bu rejimin gərginliyinin və cinayət əməllərinin davam etməsinə mane olmasalar, bu hərəkətlərin nəticələrinə şərikdirlər və cavab verməlidirlər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .